Xəbər lenti

Bakıda ərzaq mağazasından qeyri-adi addım - FOTO
Ölkə09:10 27.03.2014

Bakıda ərzaq mağazasından qeyri-adi addım - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hövsan qəsəbəsindəki  "Zahidoğlu" market 13 yaşlı yeniyetməni “oğru” elan edib

Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "Zahidoğlu" ərzaq mağazası qeyri-adi addım atıb. Belə ki, market rəhbərliyi məhkəmə qərarı olmadan bu dükandan oğurluq etməkdə şübhəli bilinən şəxsləri "oğru" elan edir. 

Qaynar.info-nun əməkdaşı bu barədə söylənilənləri araşdırmaq üçün adıçəkilən mağazada olub. Apardığımız müşahidələr zamanı söylənilənlərin həqiqətə uyğun olduğu üzə çıxıb. Belə ki, mağaza rəhbərliyi burada oğurluq etməkdə şübhəli bilinən iki şəxsin fotolarını marketin giriş qapısının divarına yapışdıraraq onları aşağılamaqla məşğuldur. Həmin şəxslər barəsində məhkəmə qərarının olub-olmadığı məlum deyil. 

Ən qəribə məqam bundan ibarətdir ki, mağaza rəhbərliyinin özbaşına "oğru" elan etdiyi şəxs 13-14 yaşında yeniyetmədir. Halbuki qanunvericilik bu yaşda olan şəxslərin "cinayətkar" elan edilməsini yasaq edir. Hətta onlar hər hansı cinayət başında yaxalansalar belə, azadlığa buraxılırlar. 

Əməkdaşımızın mağaza rəhbərliyinin bu addımına hər hansı izahat verməsi ilə bağlı cəhdləri uğursuz nəticələnib.

Qaynar.info