Bakının əksər küçə və prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq və tıxac müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, yollardakı mövcud vəziyyətlə əlaqədar bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb.
Sıxlıq müşahidə olunan küçə və prospektlər bunlardır:
1. Tbilisi prospekti (hər iki istiqamət)
2. Akademik Həsən Əliyev küçəsi (hər iki istiqamət)
4. Afiyəddin Cəlilov küçəsi
5. Zərifə Əliyeva küçəsi
6. Azərbaycan prospekti
7. Bül-Bül prospekti
8. Abbasqulu ağa Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqaməti)
9. Mikayıl Useynov prospekti (hər iki istiqamət)
10. Səməd Vurğun küçəsi (Zərifə Əliyeva küçəsi istiqaməti)