
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib
11:04
Binə ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar bu gün səhər satlarından aksiyaya başlayıblar. Bu barədə “Qafqazinfo” ya məlumat verən satıcıların sözlərinə görə, buna səbəb Binə ticarət mərkəzində icarə haqqının artırılması ilə bağlıdır.
Şahidlərin "Qafqazinfo"-ya verdiyi məlumata görə, etirazçılar paytaxta giriş-çıxış yollarını bağlayıblar və bir saatdan çoxdur ki, yol bağlıdır. Onların bakıya doğru yürüş etdiyi bildirilir. Binə satıcıları problemləri həll edilməyənə kimi etirazlarını davam etdirəcəklərini bildirirlər.
Qeyd edək ki, Binə sahibkarları uzun illərdir ki, öz narazılıqlarını müxtəlif formada bildirirlər. Müvafiq qurumların bununla bağlı ölçü götürülməsini tələb edirlər.
***
11:28
APA-nın məlumatına görə, Binə Ticarət Mərkəzinə gedənmagistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələritərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəziistiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblərki, bu addımın atılmasında məqsəd təhlükəsizlik məqsədi daşıyır.
Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstərirlər.
Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib. O, aksiya keçirənlərlə danışıqlar aparırır.
11:34
Qaynar.info-ya daxil olan məlumata görə, aksiyaçılarla polis arasında qarşıdurma olub, saxlanılanlar var.
11:48
APA-nın xəbərinə görə, aksiya keçirildiyi əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakinaksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş vəmüxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçüngözyaşardıcı qazdan istifadə edib.
Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.
12:35
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, hazırda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədirlər və aksiyaçılarla profilaktik iş aparılır: «Bir qrup sahibkar yolun kənarına toplaşıb. Qaradağ rayon Polis İdarəsinin əməkdaşları da hadisə yerindədirlər. Heç bir rezin güllələrdən də söhbət gedə bilməz. Bu barədə deyilənlər yalandır».
12:54
Binə Ticarət Mərkəzində ticarət məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyası polis tərəfindən dağıdılıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polis aksiya iştirakçılarını dağıtmaq üçün rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Aksiya iştirakçıları arasında saxlanılanlar və xəsarət alanlar var. Polis əməkdaşları arasında da xəsarət alanların olduğu bildirilir.
Hazırda Bakı-Salyan şosesinin nəqliyyatın hərəkəti tam bərpa olunub.
QEYD: Fotolar: Musavat.com, Elitar.info.






