Xəbər lenti

Bakıda güclü partlayış zamanı dağılan avtobus - FOTOLAR
Ölkə09:35 13.02.2014

Bakıda güclü partlayış zamanı dağılan avtobus - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda baş verən güclü partlayış zamanı sərnişin avtobusu ziyan çəkib. 

Anspress-in məlumatına görə, “Azadlıq prospekti” metrosu yaxınlığındakı kafenin partlaması zamanı yaxınlıqda olan 13 saylı sərnişin avtobusunun bir tərəfi dağılıb. Avtobusun şüşələri sınıb. Qəza zamanı “DAEWOO” markalı, 90 XX 148 dövlət nömrə nişanlı avtobus zərər çəkib.

Qeyd edək ki, partlayış nəticəsində 13 saylı sərnişin avtobusunun bir yanı tamam dağılıb. Digər 148 saylı avtobusa da zərər dəyib. Partlayışdan sonra kafedə yanğın baş verdiyi də bildirilir. Hadisə yerinə çağrılan yanğınsöndürənlər alovun qarşısını ala bilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info