
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə dünən Binəqədi rayonun ərazisində inşa edilən və Qafqazın ən böyük məscidi olacaq ibadət kompleksində görülən işlərə baş çəkib.
Qaynar.info-nun verdiyi xəbərə görə, azadxeber.net saytı sözügedən məscid kompleksi ilə bağlı senssasiya doğuracaq məlumat dərc edib. Sayt öz mənbələrinə istinadla iddia edir ki, Qafqazın ən böyük ibadət ocağı olacaq kompleksi 3 milyon dollar müqabilində türklərə veriləcək. Hətta bununla bağlı aidiyyəti qurumların və məsul şəxslərin razı salındığı bildirilir.
Mənbənin bildirdiyinə görə, hətta məscidin açılışı üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edəcəyi gözlənilir.
Xatırladaq ki, məscidin təməl qoyma mərasimi Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər əsnasında baş tutmuşdu və baş nazir, prezident İlham Əliyevlə birgə məscidin təməl qoyma mərasiminin açılışında iştirak etmişdi.
Qaynar.info