Xəbər lenti

Bakıda işləyənlərin orta aylıq əməkhaqqı 4 faiz artıb
Ekonomiks14:09 03.07.2019

Bakıda işləyənlərin orta aylıq əməkhaqqı 4 faiz artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanvar-aprel aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820 manat təşkil edib.
Qaynarinfo xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.