Xəbər lenti

İdman 16:58 27.10.2023

Bakıda keçiriləcək DÇ-nin açılış mərasiminə federasiya rəsmiləri qatılmadı - Nə baş verir?

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçiriləcək. Bu gün sözügedən yarışın açılış mərasimi və mətbuat konfransı keçirilib. Ancaq maraqlıdır ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının rəsmilərindən heç kim iştirak etməyib. Yəni, dünya çempionatı kimi rəsmi, nüfuzlu bir yarışda federasiya rəsmiləri yer almayıb. Açılış tədbirində isə vaxtilə Güləş Federasiyasından kənarlaşdırılmış, hazırda Dövlət Sərhəd Xidmətində çalışan, polkovnik Firdovsi Umudov iştirak edib.

Bir sıra KİV nüməyəndələrinin iştirak etdiyi mətbuat konfransında yarış haqda fikirlərini bildirən Umudov jurnalistlərin suallarını cavablandırıb. Açılış mərasimində Güləş Federasiyasına aidiyyatı olan yalnız Azərbaycan yığmasının üzvü Hacı Əliyev iştirak edib. O da Dövlət Sərhəd Xidmətinin zabiti olduğu üçün...

Federasiyadan Qaynarinfo-ya verilən açıqlamada heç bir rəsminin mətbuat konfransında iştirak etmədiyi təsdiqlənib. İndi burada bir sual yaranır: Nə üçün o boyda dünya çempionatı keçirilir, amma ölkədə güləş idmanına cavabdeh olan əsas qurumun heç bir rəsmisi ora dəvət olunmur? Maraqlı, həm də gülməli görüntüdür...

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək yarışda 19 ölkədən 400-dək nümayəndə iştirak edəcək. Beynəlxalq idman tədbirinin açılış mərasimində rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından sayılan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) nümayəndələri, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları qatılacaqlar. "İdmanla Dostluq” devizi altında keçiriləcək turnir noyabrın 27-dən dekabrın 3-dək davam edəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->