Xəbər lenti

Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşdı
Ekonomiks05:35 20.11.2021

Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda oktyabr ayında kirayə mənzillərin qiyməti 9,81 faiz ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.
Ötən ay kirayə mənzillərin orta qiyməti 417 manat, bahalı kirayə mənzilərin orta qiyməti isə 1473 manat təşkil edib.
Fərdi yaşayış və bağ evlərinin kirayəsində də ucuzlaşma müşahidə edilib. Belə ki, ötən ay fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri 1,91 faiz ucuzlaşıb. Ucuz kirayə evlərin orta qiyməti 307 manat, bahalı kirayə evlərin orta qiyməti isə 3351 manat təşkil edib.