Xəbər lenti

Bakıda marketlərdə reyd - Cərimələnənlər var (FOTO)
Ölkə05:49 18.08.2020

Bakıda marketlərdə reyd - Cərimələnənlər var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq mövcud qayda və tələblərin şərtlərini pozan marketlər aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində "Araz”, Mircəlal küçəsində "Bolmart” və "Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.