Xəbər lenti

Bakıda maşınla selə düşən 7 nəfər xilas edildi
Dünya08:10 21.03.2016

Bakıda maşınla selə düşən 7 nəfər xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda avtomobillərdə vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yağan intensiv yağışlar nəticəsində, yolda suyun səviyyəsi qalxaraq 3 minik avtomobilində 7 nəfər köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texnika vasitəsi ilə avtomobilləri və vətəndaşları təhlükəli  ərazidən təxliyyə edib. Əməliyyat saat 22:53-də başa çatıb.
Qaynar.info