
Paytaxtın Xəzər rayonunda yaşayan ailələrdən biri 15 gündən çoxdur, qeyri-adi hadisəylə üzləşir.
Qaynar.info bildirir ki, bu barədə publika.az-a ailə üzvləri məlumat verib.
Onların sözlərinə görə, artıq iki həftədən çoxdur, evləri bir quşun hücumuna məruz qalır. Belə ki, heyvan hər gün iki dəfə - səhər və axşam həyətə gələrək özünü mənzilin otaqlarından birinin pəncərəsinə çırpır. Daha sonra hasara qonaraq bir qədər gözləyir və uçub gedir. Lakin günün ikinci yarısında yenidən peyda olaraq özünü pəncərə şüşələrinə çırpmaqda davam edir.
Bu halın günlərdir davam etdiyini deyən sakinlər əvvəlcə quşun mənzilə daxil olmaq istədiyini güman edərək bütün pəncərələri açıblar. Lakin o, içəri daxil olmayıb və özünü pəncərə şüşəsinə çırpmaqda davam edib.
Ailə üzvlərinə maraqlı gələn məqam isə quşun özünü ancaq bir otağın pəncərəsinə çırpmasıdır. Belə ki, o, 4 otaqlı mənzilin yalnız bir otağının pəncərəsinə hücum çəkir. Digər otaqların pəncərəsinə yaxınlaşmır.
Eyni hal bu gün səhər də təkrarlanıb.
Ailə üzvləri onları narahat edən quşun video və fotogörüntülərini veriblər. Videonu və fotonu təqdim edirik
Qaynar.info