Xəbər lenti

Bakıda polislə vətəndaşlar arasında gərginlik - FOTO
Ölkə11:49 18.06.2015

Bakıda polislə vətəndaşlar arasında gərginlik - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu dəqiqələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısındakı küçədə polislə vətəndaşlar arasında qarşıdurma yaşanıb. 

Belə ki, avtomobilini küçənin kənarında saxlayıb dükana girən xanım sürücü, az sonra geri qayıdarkən avtomobilinin polislər tərəfindən evakuatora mindirildiyinin şahidi olub. 

Sürücünün buna etiraz etməsi isə polislərlə qarşıdurmaya səbəb olub. Əraziyə çağrılan Post-Patrul Xidmətinin əməkdaşları, sürücünün həyat yoldaşını və hadisəni telefonla çəkən bir vətəndaşı həbs edərək polis bölməsinə aparıblar. Hadisə yeridən "Azadlıq"a verilən məlumatda görə, polislərin qadın sürücüyə qarşı  kobudluğu insanların hiddətinə səbəb olub və onlar buna ciddi etiraz ediblər. //azadliq.info

Qaynar.info