Türkiyə Respublikasının Türk Tarix Qurumu və Strateji Düşüncə İnstitutunun birgə əməkdaşlığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun dəstəyi ilə Bakıda "Qafqaz: tarix, çağdaş dövr, gələcək” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, elmi konfransın açılışı 27 sentyabr, saat 10:00-da "Həyat Recensi” otelində olacaq.
Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə, Rusiya və dünyanın digər ölkələrindən tanınmış mütəxəssislər iştirak edəcəklər.