Xəbər lenti

Bakıda "qamış səməni"ni kim hazırlatdırır? – FOTOLAR
Ölkə13:02 17.03.2014

Bakıda "qamış səməni"ni kim hazırlatdırır? – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İbrahim Mehdiyevlə bağlı maraqlı iddia ortaya çıxıb

Bakıda misili görünməmiş səməni hazırlanır. Badamdar qəsəbəsində qaz-qaynaqçısı sexində hazırlanan səməni heç də yazın gəlişini özündə ehtiva etmir. Belə ki, bu səməni buğdadan deyil, yabanı qamışdan hazırlanır və rənglənir.

Bizimxeber.az-ın məlumatına görə, qamışdan səmənini  Yasamal rayon icra başçısı İbrahim Mehdiyev sifariş verib. Onu da dəqiqləşdirdik ki, “səməni” Akadamek Milli Dram teatrının qarşısındakı dairəyə yazın gəlişini tərənnüm edən “Səməni” adı altında yerləşdiriləcək. Həmçinin bu, dunyada analoqu olmayan bir səmənidir.

Dəqiqləşdirdik ki, “Qamış səməni”nin hər biri İbrahim Mehdiyevə 3500 manata başa gəlib.

Maraqlıdır, görəsən, icra başçısı bu səmənini neçəyə rəsmiləşdirəcək?///Bizimxeber.az