Xəbər lenti

Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub
Ölkə15:14 24.12.2016

Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərnişin avtobusu dayanacaqda gözləyən ahıl qadını vurub.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanacaqda sərnişin avtobusunu gözləyən 65 yaşlı Umarova Xaisə Umar qızı səkidən aşağı enərkən 184 nömrəli xətt üzrə işləyən avtobus onu vurub.

X.Umarova ağır kəllə-beyin travması alıb. Ahıl qadın polis əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. (Report)

Qaynarinfo.Az