Xəbər lenti

Bakıda Tibb Mərkəzində oğurluq
Dünya12:41 26.02.2014

Bakıda Tibb Mərkəzində oğurluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda tibb mərkəzindən xeyli miqdarda pul və tibbi ləvazimat oğurlanıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi rayonun Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə 53 saylı ünvanda yerləşən “Dialab” Tibb Mərkəzində qeydə alınıb.

Tibb Mərkəzinin xəzinədarının şkafından 4194 manat pul və 1500 manat dəyərində tibbi ləvazimat naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Hazırda polis oğurluq  hadisəsini törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.

Qaynar.info