Bakıda Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin imperatoru Əlahəzrət Naruhitonun doğum gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
"Report” xəbər verir ki, tədbir Azərbaycan və Yaponiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclis üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Yaponiyanın 126-cı imperatoru olan Əlahəzrət Naruhito 1960-cı il fevralın 23-də anadan olub. O, 2019-cu il mayın 1-də taxta çıxıb.
Şərhlər