Xəbər lenti

Bakıda yolda qazılan çuxur avtomobilləri yararsız hala saldı (VİDEO)
Ölkə04:54 16.05.2020

Bakıda yolda qazılan çuxur avtomobilləri yararsız hala saldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yolda qazılan çuxurun qarşısında müvafiq nişanın olmaması bir neçə avtomobilə zərər vurub

APA xəbər verir ki, hadisə "Şamaxinka” kimi tanınan ərazidə baş verib.

Vüsal Məmmədyarov idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil yolun ortasındakı çuxura düşüb.

Sürücü APA-ya bildirib ki, nəticədə onun avtomobili yararsız hala düşüb. O, hadisə zamanı çuxurun qarşısında müvafiq nişanın olmadığını deyib.

Hadisə şahidləri bundan əlavə üç avtomobilin həmin çuxura düşdüyünü bildirib.

Sürücülərin şikayətindən sonra qazılmış çuxurun ətrafına "Azərsu” ASC-nin əməkdaşları tərəfindən çınqıl tökülüb. Sonra sözügedən yerin qarşısına xəbərdaredici nişan qoyulub.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/EbKXb-Y0FXs" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">