Xəbər lenti

Bakılılar hardan geyinməyə üstünlük verirlər ? - FOTO
Ekonomiks13:12 29.07.2016

Bakılılar hardan geyinməyə üstünlük verirlər ? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ACT Azərbaycan 17-21 iyul tarixlərində Bakı şəhərində paytaxt sakinlərinin hardan geyinməyə üstünlük vermələri ilə bağlı sorğu aparıb.

Qaynarinfo.Az sorğunun nəticələrini təqdim edir.

Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər geyim almaq üçün bazarlara üz tutur (70%). Alış-veriş mərkəzləri 39% səslə ikinci yerdə qərarlaşıblar. Bahalı butiklərə gedənlər is 13.4 % səslə üçüncüdülər. Alış – veriş mərkəzlərindən kənarda yerləşən mağazalardan geyim alanlar isə 10% təşkil edir. Onlayn alış veriş edənlər 7.8% səslə sıralamaya qoşulublar. Bazarlıq üçün xaricə uz tutanlar isə 4 %-dir.

Geyim almaq üçün bazarlara üz tutanlar əsasən yaşlı nəslin nümayəndələridir. Belə ki, 65 yaş və daha çox yaşı olanlar (89.4) geyim almaq üçün bazarlara gedirlər. Gənc nəslin nümayəndələri isə (18-24yaş) əsasən alış veriş mərkəzlərinə (36.4%) üz tuturlar. Orta nəslin nümayəndələri (35-44yaş) geyim almaq üçün ya butikləri (10.2%), ya da xarici ölkələri ( 8.5%) seçirlər.

Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər ayaqqabı almaq üçün bazarlara üz tutur (65.3%). Alış veriş mərkəzlərini seçənlər 32.7% təşkil edir. Bahalı butiklərdən ayaqqabı alanlar 13.6 %dir. Alış veriş mərkəzlərindən kənarda yerləşən brend mağazaları isə respondentlərin 11.4%-i seçir. Ayaqqabılarını onlayn şəkildə alanlar respondentlərin 5.8%-ni təşkil edir.

Bazarlardan ayaqqabı alanlar yaşlı nəslin nümayəndələridir. 65 və daha artıq yaşı olan respondentlər ayaqqabı almaq üçün bazarlara daha cox gedirlər (89.4%). Gənclər isə (18-24 yaş) alış veriş mərkəzlərini (31%) və mollardan kənarda yerləşən brend mağazaları (7.5%) daha münasib bilirlər. İnternetlə ayaqqabı alanlar isə əsasən 18-34 yaş aralığında olan respondentlərdir. Butiklərdən (12.4%) və xarici ölkələrdən (8.5%) ayaqqabı alanlar isə 35-44 yaş aralığında olan sakinlərdir.

Sorğu 17-21 iyul tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Qaynarinfo.Az