Xəbər lenti

Bakının bu küçə və prospektlərində tıxac var (FOTOLAR)
Ölkə05:46 17.08.2020

Bakının bu küçə və prospektlərində tıxac var (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarından yağan yağış paytaxtda avtomobillərin hərəkətində sıxlığa səbəb olub.
Qaynarinfo-nun məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev bildirib ki, yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.
Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edirik.
Hazırda bu küçə və prospketlərdə sıxlıq var:
Ziya Bünyadov prospekti hər iki istiqamət
Moskva prospekti mərkəz istiqaməti
H.Əliyev prospekti kənar yol
Babək prospekti H.Əliyev prospekti istiqaməti
Binəqədi şossesi mərkəz istiqaməti
Y. Səfərov küçəsi Üzeyir Hacıbəyov küçəsi istiqaməti
Koroğlu Rəhimov küçəsi
Şah İsmayıl Xətai prospekti
Afiyəddin Cəlilov küçəsi
Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqaməti