Ötən gün axşam saatlarından başlayan güclü külək Bakının mərkəzində böyük ağacın aşmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, hadisə Nərimanov rayonu Həsən Əliyev küçəsində baş verib.
Məlumata görə, ağacın aşması nəticəsində avtomobillərə ziyan dəyib.