Xəbər lenti

Bakıya sabah da qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq
Ölkə09:01 09.01.2023

Bakıya sabah da qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq.
Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq.
Yollar buz bağlayacaq.