İsveçrə Federal Kənd Təsərrüfatı İdarəsinin tədqiqatçıları müəyyən ediblər ki, Yerdəki həyatın çox hissəsi torpaqdadır - planetdəki bütün canlı orqanizmlərin 59%-ə qədəri (+ -15%) orada yaşayır.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.
Mütəxəssislər Yerdəki biomüxtəlifliyin öyrənilməsi ilə bağlı əvvəlki araşdırmaları təhlil ediblər. Onların hesablamalarına görə, bakteriyaların 88%-i, bitkilərin 85%-i, göbələklərin 90%-i torpaqda yaşayır. 6500-dən çox məməli növünün yalnız 4%-i yerin altında yaşayır.
Yeni biomüxtəliflik təxmini əvvəllər düşünüldüyündən iki dəfə yüksəkdir. Bununla belə, elm adamları virusları nəzərə almadıqları üçün torpaqda daha çox orqanizm yaşaya bilər.
"Torpaqdakı orqanizmlər planetimizin tarazlığına güclü təsir göstərir: iqlim dəyişikliyi, qlobal ərzaq təhlükəsizliyi və hətta insan sağlamlığı”, deyə müəlliflər bildirib.
Aydın