
Almaniyanın Aşağı Saksoniya əyalətinin Braunşveyq şəhərində yeni evlənən və bal ayına çıxan cütlüyün başına qəribə hadisə gəlib.
Qaynar.info xəbər verir ki, bal ayına çıxan zaman bəy bad hersfeld qəsəbəsindəki yanacaqdoldurma mənqəqəsində benzin doldurmaq istəyib.
Bu zaman bəy tualetə gedən xanımını yaddan çıxararaq yola davam edib. 2 saat sonra həyat yoldaşının avtomobildə olmadığını görüb polisə xəbər verib.
Rəsmilər bəyin gəlinə tam 5 saat sonra qovuşduğunu bildiriblər.
Adı açıqlanmayan bəy, "Həyat yoldaşım mən benzin alan zaman yatırdı. Onun qalxıb tualetə gedəcəyini bilmirdim" deyib.
Qaynar.info