
Balıqçı ilk dəfə qarşılaşdığı bu mənzərədən heyrətə gəldiyini deyib
Həyat tərzi Türkiyənin Amasya bölgəsində bir balıqçı üzərində ərəbcə “Allah” və “Məhəmməd” sözləri yazılmış balıq tutub. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görənləri təəccübləndirən bu balığı Şamlar məhəlləsində yaşayan balıqçı Murad adlı şəxs tutub. O, belə bir işlə ilk dəfə qarşılaşdığını və heyrət etdiyiniu deyib:
“Bu Allahın bir lütfüdür. Bir tərəfində “Allah” digər tərəfində isə “Məhəmməd” sözləri yazılıb. Balığa 300 lirə təklif etdilər, amma satmağı düşünmürəm. Mənim niyyətim pul almaq deyil. İbrət üçün balığı bir neçə gün də sərgiləməyi düşünürəm”.
Qaynar.info








