Xəbər lenti

Balkan yarımadasında növbəti müharibə xəbərdarlığı
Dünya09:20 25.03.2017

Balkan yarımadasında növbəti müharibə xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) ünvanına səsləndirdiyi tənqidi fikirlər Balkan yarımadasında müharibəyə səbəb ola bilər.
"Qaynar" APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Faynenşl Tayms" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, D.Trampın Böyük Britaniyanın Aİ-dən ayrılması ilə bağlı verdiyi dəstək təhlükəlidir.
"ABŞ prezidentinin açıqlamalarından məlum olur ki, o, Avropada yaranmış qəliz vəziyyətdən məlumatlı deyil. Mən vitse-prezident Maykl Pensə də bildirdim ki, başqa ölkələrin Avropa İttifaqından çıxmasını dəstəkləmək lazım deyil. Əks halda İttifaq dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq, Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Makedoniya, Albaniya arasında isə müharibə başlaya bilər", - o, bildirib.
Qaynar.Az