Xəbər lenti

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxartdı, Belarusu cəzalandırdı
Dünya05:10 05.03.2022

Baltik Dənizi Dövlətləri Şurası Rusiyanı təşkilatdan çıxartdı, Belarusu cəzalandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baltik Dənizi Dövlətləri Şurasının üzvləri yekdilliklə Rusiyanın təşkilatın işində sonrakı iştirakdan kənarlaşdırılması barədə qərar qəbul ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Norveç hökuməti rəsmi saytında məlumat yayıb.
Norveçin xarici işlər naziri Anniken Quitfeldt Rusiyanın yaratdığı vəziyyətin dərin təəssüf hissi doğurduğunu dilə gətirib:
"Biz - təşkilatın digər 11 üzvü Rusiya ilə Şura çərçivəsində əməkdaşlığı dəstəkləməyi artıq mümkün hesab etmədiyimiz zaman Rusiyanın yaratdığı vəziyyət dərin təəssüf hissi doğurur. Rəsmi Moskva beynəlxalq hüquqa əməl etməyə başlayana qədər Rusiya təşkilat daxilində ünsiyyətdən kənarda qalacaq. Müşahidəçi ölkə statusuna malik olan Belarus da cəzalandırılıb. Gələcəkdə onunla əməkdaşlıq etməyəcəklər".
Xatırladaq ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ilin martında Kopenhagendə yaradılıb. Ukrayna təşkilatda müşahidəçi ölkə statusuna malikdir.