Rusiyada Vyaçeslav Abramçukov adlı vətəndaş Tinkoff bankından aldığı kreditləri vaxtında ödəyə bilmədiyi üçün ona məraklı məktub gəlib.
Qaynar.info xəbər verir ki, Abramçukov ona göndərilən mesajda, "Bir çıxış yolu tapa bilmirsinizsə bankınız sizə çıxış yolu təklif edir" yazıdığını, göndərilən şəklin üzərində isə barmaq formasında çəkilmiş insan başı və ona atəş açan əlin olduğunu deyib.
İlk öncə bunun zarafat olduğunu hesab edən vətəndaş banka gedən zaman orada da eşitdikləri qarşısında şoka düşüb.
Bankdakı şöbələrdən birinin müdiri bu məktubun bankın bütün müştərilərinə göndərildiyini deyib.
Məsələni araşdırmaq üçün bankla əlaqə saxlayan Rusiyanın "Komsomolskaya Pravda" qəzeti mesajın banka borcu olan və qaytarmaq istəməyən müştərilərə göndərildiyini deyib.
Vətəndaş isə bu mesajla özünün təhqir olunduğunu iddia edərək bankı mənkəməyə verdiyini deyib.