Banqladeş sahilində gəmi qəzaya uğrayıb.
Qaynarinfo "Dhaka Tribune”a istinadən xəbər verir ki, göyərtəsində 100 nəfər olan gəminin qəzaya uğraması nəticəsində ən azı 15 nəfər ölüb. Ölənlərin sayı arta bilər. Belə ki, 50 nəfər hələ də itkin düşmüş sayılır.
Məlumata görə, batan gəminin sərnişinləri Banqladeşdən Malayziyaya qaçan rohinca müsəlmanları olub.