Xəbər lenti

Banqladeşdə güclü sel səbəbindən 119 nəfər öldü
Dünya05:53 27.07.2020

Banqladeşdə güclü sel səbəbindən 119 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Banqladeşdə musson yağışları nəticəsindən yaranan sel səbəbindən ölənlərin sayı 119-a çatıb.
Qaynarinfo xəbər verir ki, hökumətdən verilən açıqlamaya görə, son 24 saatda daha 8 nəfər həyatını itirib. Ölkə miqyasında 64 bölgənin 21-də təbii fəlakətin yaşandığı, 10 mindən çox insanın yaralandığı bildirilir. Sel səbəbindən yaşayış bölgələrində ilanların da sayının artdığı və ölən 119 nəfərdən 13-ünün ilan çalması nəticəsində həyatını itirdiyi qeyd olunub.
Güclü yağışların davam etdiyi yerlərdə 5 minə yaxın insan soyuqdəymə və çirkli su səbəbindən müxtəlif xəstəliklərə yoluxub. Mütəxəssislər qarşıdakı 6 ay ərzində ən az 5 milyon insanın aclıqla üz-üzə qalacağı qənaətindədirlər.