Banqladeşdə iki qayıq toqquşub, 30 nəfər həyatını itirib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Çadpur şəhərindən 60 sərnişinlə Dəqqə istiqamətində yola çıxan ikimərtəbəli bərə qarşıdan gələn digər bərə ilə toqquşub. Bərələrdən biri batıb. Sərnişinlərdən bəzisi üzərək xilas olsa da, ölü sayının arta biləcəyindən ehtiyat edilir.
Camal