Xəbər lenti

Barak Obamadan Misir ordusuna çağırış
Dünya07:34 06.07.2013

Barak Obamadan Misir ordusuna çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama Misir prezidenti Məhəmməd Mursinin vəzifədən uzaqlaşdırılmasından narahat olduğunu bəyan edib.

APA-nın məlumatına görə, Obama Misirin tezliklə demokratik idarəetmə formasına qayıdacağına ümidvar olduğunu bildirib.

ABŞ prezidenti Misir ordusunu Mursi tərəfdarlarını həbs etməkdən çəkinməyə çağırıb və insan haqlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb. O, xüsusi xidmət orqanlarına Mursinin hakimiyyətdən gedişinin ABŞ siyasətinə mümkün təsirini araşdırmaq üçün dəyərləndirmə hazırlamağı tapşırıb.

Qaynar.info