
"ABŞ-ın növbəti prezidenti qadın ola bilər"
Qaynar.info-nun məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama ABC telekanalına müsahibəsində deyib.
"Bizim ölkəmizdə qadınların dövlət xidmətində işləməsi ilə bağlı inanılmaz planlar var. Gələcək prezidentin qadın ola biləcəyi ilə bağlı heç bir şübhə yoxdur" prezident bildirib.
Qeyd edək ki, əvvələr də eks-prezident Bill Klinton Ağ Evin gələcək rəhbərinin qadın olacağına ümid etdiyini bildirmişdi.
Qaynar.info