Xəbər lenti

Barak Obamanın arzusu Kremlə çatdırılımayıb
Dünya13:19 11.07.2016

Barak Obamanın arzusu Kremlə çatdırılımayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obamanın Adminstrasiyası Rusiyaya strateji hücum silahların məhdudlaşdırılmasına dair müqavilənin beş il uzaldılması təklifi ilə müraciət etmək niyyətindədir. 

"Qaynarinfo.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Washington Post"-a Amerika prezidentinin adminstrasiyasındakı adı çəkilməyən mənbə bildirib. 

Qəzetin məlumatına görə, ABŞ, müqavilənin post-Obama dövründə də davam etdiliməsini təminat almaq istəyir. ABŞ həmçinin Obamanın son aylarda həyata keçirə biləcək bir neçə təşəbbüsü nəzərdən keçirir. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkəsinin ABŞ-dan belə bir xəbərdarlıq almadığını deyib:"Kreml ABŞ-dan Barak Obamanın strateji silahların ləğvinə dair müqavilənin uzadılması arzusu ilə bağlı heç bir xəbərdarlıq almayıb". 

Qaynarinfo.Az