Xəbər lenti

Barselona məhkəməsi Messi barədə həbs cəzası çıxartdı
İdman11:45 06.07.2016

Barselona məhkəməsi Messi barədə həbs cəzası çıxartdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi və onun atası Xorxe Messiyə 21 aylıq həbs cəzası verilib.

Qaynarinfo.az xəbər verir ki, 3 fərqli maddə üzrə 22 ay 15 günlük həbs cəzası tələb edilən Messi və meneceri olan atası Xorxe Orasio Messi iyunun 2-də müttəhim kürsüsündə əyləşmişdi.

İspaniyanın "El Periodiko" qəzetinin iddiasına görə, Messi və atası bu məhkəmə yekununda 21 aylıq həbs cəzası ilə üzləşib. Məhkəmədə atasına etibar edərək müqavilələri imzaladığını söyləyən futbolçunun heç 2 ili əhatə etməyən cəzasına görə həbsdə yatması gözlənilmir.

Qeyd edək ki, Messi və atası haqqında vergidən yayınma ilə bağlı ilk iş 2013-cü ilin iyununda prokurorluq tərəfindən qaldırılıb. Messi buna görə cəza və faizi ilə birgə 5 milyon avro ödəsə də, mayın 30-da başlayan yeni işdə ittiham olunmaqdan qurtula bilməyib. 

Belə ki, prokurorluq sadəcə futbolçunun atası üçün 18 aylıq həbs cəzası istəsə də, İspaniya hökuməti adına iş açmaq səlahiyyəti olan Dövlət Vəkillik Qurumu Messini də bu işə qatıb. Barselona məhkəməsində gedən prosesdə həmin qurum həm Messi, həm də onun atası üçün 22 ay 15 günlük həbs cəzası tələb edib.

Qaynarinfo.az