Xəbər lenti

İdman 14:46 15.09.2025

"Barselona" rus futbolçu transfer etmək istəyir

"Barselona" Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakovla maraqlanır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Metaratings” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi rusiyalı futbolçunun çıxışını diqqətlə izləyir, lakin potensial müqavilə ilə bağlı hələlik "Lokomotiv”lə əlaqə saxlamayıb.

20 yaşı olan Batrakov 2024-cü ildən "Lokomotiv"in əsas komandasında çıxış edir. Ümumilikdə paytaxt klubunda 54 oyun keçirib və 26 qol vurub. Rusiya çempionatının cari mövsümündə o, 7 qolla bombardirlər cədvəlinə başçılıq edir. Gənc futbolçu Rusiya millisinin heyətində 7 oyunda 2 qol vurub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->