Xəbər lenti

"Barselona" tarixinin ən bahalı transferini etdi
İdman08:18 07.01.2018

"Barselona" tarixinin ən bahalı transferini etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona” "Liverpul”un futbolçusu Filipo Koutinyonu transfer edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
Məlumata görə, "Barselona" "Liverpul"a 120 milyon avro ödəyəcək. Daha 40 milyon avro isə bonus şəkilində veriləcək. Transfer qısa müddətdə rəsmiləşəcək. Braziliyalı futbolçu 5,5 illik müqavilə imzalayacaq.
"Barselona" tarixinin ən bahalı futbolçusu olacaq Kountinyo Neymar və Kilian Mbappedən sonra dünyanın ən bahalı üçüncü transferi kimi tarixə düşəcək.
Qeyd edək ki, 2013-cü ildə 10 milyon avroya "Liverpul"a transfer olunan Kountinyo İngiltərə klubunda 201 rəsmi oyuna çıxaraq 54 qol vurub.