
Dünən İspaniyanın Barselona şəhərində törədilən teraktda şübhəli bilinən şəxsin fotoları yayılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra həbs edilən Driss Ukabir adlı şəxsin "Facebook" sosial şəbəkəsindəki profilində paylaşdığı foto və statusu diqqəti çəkib. Belə ki, əlində silah tutub çəkdirdiyi şəkli və "Ölüm, ölüm, ölüm... Ölümdən niyə qorxurlar?" məzmunlu statusu şübhəli barəsində iddiaları daha da gücləndirib.
Driss Ukabirin Mərakeşdən olduğu bildirilir.
*
İspaniya polisinin son məlumatına əsasən isə teraktın əsas şübhəlisi Musa Ukabirdir. 18 yaşlı Musa Driss Ukabirin qardaşıdır.
Bildirilir ki, Driss Ukabir şəxsiyyət vəsiqəsi itdiyi üçün polisə müraciət edəndə həbs edilmişdi. Bəzi mətbuat orqanları Drissin şəxsiyyət vəsiqəsinin teraktın törədildiyi avtobusdan tapıldığını və qardaşı tərəfindən oğurlandığı demişdi.
Gülşən
Qaynarinfo.Az




