Xəbər lenti

“Barselona” Xavini razı sala bilmir
İdman 15:00 20.05.2023

“Barselona” Xavini razı sala bilmir

Baş məşqçi Xavi ilə müqaviləni uzatmaq istəyən "Barselona" hələ buna nail ola bilməyib. 

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, tərəflər arasında maaşla bağlı narazılıqlar yaşanır. "Marca”nın xəbərinə görə, "Barselona” Xaviyə indiki maaşının ikiqatını təklif etsə də keçmiş futbolçu daha yüksək əməkhaqqı gözləyir.

Katalon klubunun əfsanəvi futbolçusu 2021-ci ildə "Barselona”ya baş məşqçi kimi qayıdıb. 43 yaşlı mütəxəssis klubdakı ikinci mövsümündə "Barselona"nı çempionluğa daşıyıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->