Xəbər lenti

Barselonada terror aktı törədən sürücü öldürüldü
Dünya18:37 18.08.2017

Barselonada terror aktı törədən sürücü öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Barselonanın mərkəzində furqonu piyadaların üzərinə sürən furqonun sürücüsü Kambrilsedə polislər tərəfindən məhv edilib.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın El País qəzetinin yaydığı məlumata görə, sürücünün adı Musa Ukabirdir. Onun qardaşı Driss Ukabir ötən gün şübhəli şəxs kimi saxlanmışdı. Drissin sözlərinə görə, qardaşı ondan xəbərsiz sənədlərini alaraq, furqonu kirayəyə götürmək üçün istifadə edib.

Qeyd edək ki, polis terror aktı ilə əlaqədar 4 nəfəri nəzarətə götürüb.

Qaynarinfo.Az