Xəbər lenti

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşdi
İdman07:06 17.08.2020

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "El Mundo Deportivo” nəşri məlumat yayıb. 
İddia olunub ki, Kataloniya klubu Niderland millisinin baş məşqçisi Ronald Kumanla anlaşıb. Kike Setyeni istefaya göndərən "Barcelona" 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq. 
Kumanın Niderland Kral Futbol İttifaqı ilə müqaviləsində yer alan bəndə əsasən, "AVRO-2020"dən sonra məhz "Barselona”dan təklif gələrsə, komandanın sükanı arxasına keçə bilər. 
Qeyd edək ki, Ronald Kuman 1989-1995-ci illərdə "Barselona"da oynayıb, 1998-2000-ci illərdə komandada məşqçi işləyib. 2018-ci ildən Hollandiya millisinə başçılıq edən mütəxəssis indiyədək vətənində "Vitess", "Ayaks", PSV, "Feyenoord", Portuqaliyada "Benfika", İspaniyada "Valensiya", İngiltərədə "Sautqempton" və "Everton"a başçılıq edib.