Xəbər lenti

"Barselona"nın yeni transferi koronavirusa yoluxdu
İdman07:20 04.01.2022

"Barselona"nın yeni transferi koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın "Mançester Siti"dən aldığı və ötən gün mətbuata təqdim etdiyi futbolçu Fernan Torres koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, onun Covid-19 testinin müsbət çıxdığı bildirilib. Klubdan verilən açıqlamada Torreslə yanaşı Pedrinin də Covid-19 testlərinin müsbət çıxdığı, onların sağlamlıqlarının yaxşı olduğu və evlərində karantinə alındıqları açıqlanıb.
Torres ötən gün "Nou Kamp"da keçirilən tədbirdə mətbuata təqdim edilib və klub prezidenti Xuan Laporta da daxil olmaqla bəzi menecerlərlə mətbuat konfransı keçirilib.
İspan futbolçu təqdimat mərasiminin bir hissəsində maskasız halda komanda yoldaşları ilə birlikdə məşq edib.
Səbuhi Həsənov