
Anspress-in məlumatına görə, mütəmadi baş ağrıları olan Culi Mattiasın əvvəlcə işığa həssaslığı azalıb, tez-tez ürəyi bulanmağa başlayıb. Qadın buna elə də fikir verməyərək həkimə müraciət etməyib.
Lakin bir gün başı o qədər bərk ağrayıb ki, qadın dözə bilməyib və yerə yıxılıb, danışıq qabiliyyətini itirib. Sonradan danışmağa başlayan Culi Mattias hiss edib ki, başqa ləhcə ilə danışır. Sözləri fransız və çin ləhcəsi ilə deyir. Qadın nə qədər çalışsa da yeni yaranmış bu vərdişi tərgidə bilməyib.
Culi Mattiasın sözlərinə görə, başqa ləhcə ilə danışmağı insanların ona qarşı münasibətlərini də dəyişib. Belə ki, ona Fransa, İtaliya və ya Cənubi Afirkadan olan qaçqınlardan biri kimi yanaşırlar.
Qaynar.info