Xəbər lenti

Baş məşqçi futbolçulardan çox “qırmızı” alıb
İdman18:39 31.01.2021

Baş məşqçi futbolçulardan çox “qırmızı” alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Super Liqasında ən çox qırmızı vərəqə alan məşqçi Marius Sumudika "Caykur Rizespor”dakı debüt matçında da texniki zondan qovulub.
Qaynarinfo xəbər verir ki, rumin mütəxəssis "Qaziantep”i çalışdırdığı vaxt bu mövsüm "Trabzonspor” və "Yeni Malatyaspor”la oyunlarda da "qırmızı” alıb.
Marius Sumudika dünən "Fənərbağça” matçın 70-ci dəqiqəsində hakimə etirazlardan sonra cəzalandırılıb. Bununla da o, cari mövsümdə üçüncü qırmızı vərəqə görüb.
Maraqlıdı ki, bu mövsüm Super Liqada meydandan 3 dəfə qovulan futbolçu olmayıb. Ən çox cəzalandırılan 6 futbolçu hər biri 2 qırmızı vərəqə alıb.