
Finlandiyanın Baş naziri Aleksandr Stab “Əpl”in baş icraçı direktorunu ölkəsinin qatili olmaqla günahlandırıb.
Axar.az xəbər verir ki, Baş nazir Aleksandr Stab “Apple”in bazara çıxardığı texnologiyalar üzündən Finlandiya şirkətlərinin iflasa uğradığını açıqlayıb.
Baş nazir bununla bağlı “Daqens İndastri”yə verdiyi müsahibədə bildirib ki, sənayemizin söykəndiyi iki təməl - kağız və texnologiya sektorunun iflasa uğramasının başlıca səbəbi “Apple”dir.
İki ildir ki, Finlandiyada davam edən böhranı və çökmüş bir ölkənin iqtisadiyyatını öhdəliyinə götürən Baş nazir vurğulayıb ki, Stiv Cobsun vurdğu ziyan haqda deyib:
“Finlandiya iqtisadiyyatında yaşanan tənəzzülün başlıca səbəbi “Nokia”nın sürətlə dəyərini itirməsidir. Ancaq indi ölkəmiz üçün dəyişmə zamanı artıq çatıb”.
Xatırladaq ki, bir zamanlar dünya nəhəngi olan “Nokia” apreldə maddi dəyərindən aşağı qiymətə “Maykrasoft”a satılmışdı.
Qaynar.info