Xəbər lenti

Baş nazir istefa verdi - rüşvətə görə
Dünya18:19 21.04.2015

Baş nazir istefa verdi - rüşvətə görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Adı rüşvət skandalında hallanan Cənubi Koreyanın baş naziri bu gün istefa verib. “Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, iki ay əvvəl baş nazirlik postuna əyləşən, partlament tərəfindən araşdırılan Lee Wan-koo vəzifədən getmək qərarına gəlib. Onun postuna müvəqqəti olaraq baş nazir müavini Choi Kyung-hwan keçəcək. 
Qeyd edək ki, Lee Wan-koo dövlət layihlərini həyata keçirən Keangnam Enterprises şirkətinin rəhbəri Sung Wan-jongdan 30 milyon von ( 27 min dollar) dəyərində rüşvət aldığı iddia edilir. Şirkət rəhbəri ötən həftə intihar etmiş, evində axtarış zamanı baş nazirin rüşvət aldığı sənəd ortaya çıxmışdı.
Qaynar.info