Ukraynanın baş naziri Arseni Yasenyuk istefa verdiyini bildirib.
O, bunu "Baş nazirlə 10 dəqiqə" verilişi zamanı bəyan edib.
"Mən baş nazir səlahiyyətlərini dayandırmaq barədə qərar qəbul etmişəm. Qərar aprelin 12-də Ali Radaya çıxarılacaq", — deyə baş nazir bildirib.
Arseni Yasenyuk "Xalq cəbhəsi" partiyasının onun istefasından sonra koalisiyada qalacağını əlavə edib.
Qaynar.info