Xəbər lenti

Baş nazir iti "övladlığa" götürdü -FOTO
Dünya12:20 13.07.2015

Baş nazir iti "övladlığa" götürdü -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail baş naziri Benyamin Netanyahunun ailəsində artım olub. 

anspress-in məlumatına görə, bu bazar hökumət başçısı Kaya ləqəbli 10 yaşlı iti övladlığa götürüb. 

Xəbəri “Newsru Israel” saytı Benyamin Netanyahunun “Facebook” səhifəsinə istinadən yayıb. Səhifədə yayılmış fotoşəkildə baş nazirin xanımı Sara, oğulları Avner və Yair, həmçinin ağ rəngli dişi it təsvir edilib.

Şəkilin altındakı yazıda bildirilir ki, köpəyin adı Kayadır, 10 yaşı var və dişidir. Həmçinin qeyd edilib ki, sahibləri həmin köpəyi yuxu iynəsi ilə öldürtmək istəyirlər. 

Avner Netanyahu tam təsadüfən köpəyi gözləyən kədərli aqibətdən xəbər tutur və atasına onu "qızlığa" götürməyi xahiş edib. Bazar günü əvvəlki sahibləri Kayanı Netanyahu ailəsinə veriblər. 

Benyamin Netanyahu - İsrail baş naziri

Benyamin Netanyahunun “Facebook” səhifəsi

Benyamin Netanyahunun ailəsi - xanımı Sara, oğulları Avner və Yair

Fotoda it də daxil olmaqla ailənin bütün üzvləri həyatlarından məmnun görünürlər. 

Qaynar.info