Xəbər lenti

Baş nazir məscidlərin sökülməsinə çağıran partiya liderinə cavab verdi
Dünya13:48 27.11.2023

Baş nazir məscidlərin sökülməsinə çağıran partiya liderinə cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçin baş naziri Ulf Kristersson bildirib ki, ölkədə dini binalar sökülmür. 
Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Baş nazir sağçı İsveç Demokratlar Partiyasının lideri Cimmi Akessonun ölkədəki bəzi məscidlərin sökülməsinə ehtiyac olduğunu bildirən bəyanatına belə cavab verib. 
Cimmi Akesson deyib ki, məscidləri "radikallaşma ocaqları" hesab edir, ona görə də binaların "müsadirə olunmasına və sökülməsinə" başlamaq lazımdır. Çünki həmin yerlərdə guya İsveç əleyhinə təbliğat aparırlar.
Ulf Kristersson isə cavabında bildiruib ki, partiya liderinin bəyanatı İsveçin beynəlxalq səhnədə necə olduğu barədə yanlış təsəvvür yaradır. Baş nazir bu cür bəyanatlar verənləri özlərinə gəlməyə çağırıb. O qeyd edib ki, ölkə "təhlükəli dövrlərdə yaşayır".
Aydın