Xəbər lenti

Baş nazir:
Dünya 21:24 01.07.2024

Baş nazir: "Onlar Putini, pulu və hakimiyyəti nəzarətsiz sevirlər"

Polşanın baş naziri Donald Tusk Avropada sağçı partiyaların artan populyarlığı və Fransada Milli Cəbhə Partiyasının qələbəsi fonunda müvafiq siyasi qüvvələri dəstəkləməmək barədə xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, baş nazir bir barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Onlar Putini, pulu və hakimiyyəti nəzarətsiz sevirlər. Və onlar artıq Avropanın şərqində və ya qərbində hakimiyyətdədirlər və ya buna nail olurlar. Onlar Avropa Parlamentinin sıralarında birləşirlər. Polşada biz son anda hadisələrin bu ölümcül gedişatını dəyişdirdik", deyə Tusk yazıb.

Qeyd edək ki, iyunun 30-da Fransa parlamentinə keçirilən seçkilərin birinci turunun qalibi Marin Le Penin Milli Cəbhə Partiyası olub. Partiya solçu və mərkəzçi rəqiblərini geridə qoyaraq səslərin 34 faizini əldə edib. Sol qanad koalisiyası - "Yeni Xalq Cəbhəsi" 28, prezident Emmanuel Makronun Birlikdə Alyansı isə 20,5 faiz səs yığa bilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->